Ronald Arauxo “Yuventus” yolçusudur

Ronald Arauxonun “Yuventus”a keçidi ilə bağlı xəbərlər gündən-günə daha da güclənir.
90plus.az xəbər verir ki, İtaliya klubu zəif mövsümdən və Klubların Dünya Çempionatında 1/16 finalda mübarizəni dayandırdıqdan sonra heyətinə güclü mərkəz müdafiəçisi qatmaq istəyir.
Yanvar ayında “Yuventus” Arauxonu transfer etmək üçün ciddi cəhd göstərmişdi, amma “Barselona”nın idman direktoru Deku müdaxilə edərək oyunçunu komandada saxlamağa və müqaviləsini 2031-ci ilə qədər uzatmağa razı salmışdı. Halbuki, Arauxonun azadlıq maddəsi 15 iyula qədər cəmi 60 milyon avro idi.
“Barselona”ya yaxın mənbə Matteo Moretto bildirir ki, “Yuventus” Arauxo ilə maraqlansa da, hələ klubla heç bir rəsmi əlaqə saxlamayıb.
“Yuventus” yaxşı bilir ki, əgər istəsə, sərbəst qalma maddəsini ödəməklə Arauxonu bir neçə günə asanlıqla transfer edə bilər. Ancaq hələlik yayılan bütün söz-söhbətlərə baxmayaraq, Turin klubu müdafiəçini almaq üçün heç bir rəsmi danışıqlara başlamayıb.
Bu arada Arauxo “Barselona”nın La Liqanın 1:1 Maliyyə Fərdi Qaydasına əməl etmək üçün satışa çıxara biləcəyi futbolçular siyahısında yer alıb.
© Copyright 2025, All Rights Reserved