Ronaldo "Arsenal"ın planlarına əngəl törətdi

90plus.az xəbər verir ki, "Əl-Nəssr" klubunda karyerasını davam etdirmək qərarına gələn Kriştiano Ronaldo komandanın çempionluq uğrunda mübarizə aparacaq heyətlə gücləndiriləcəyinə dair rəhbərlikdən söz alıb. İddialı kollektivlə çıxış etmək istəyən portuqaliyalı ulduz "Arsenal"ın transfer etmək istədiyi Rodriqonun ələ keçirilməsi üçün hərəkətə keçib.
Məlumata görə, müqaviləsi başa çatan Ronaldo Səudiyyə Ərəbistanı təmsilçisi ilə 2 illik müddətə təxminən 500 milyon avro dəyərində yeni razılaşma imzalayıb. Bu razılaşmaya əsasən, təcrübəli hücumçu yalnız yüksək məvacib deyil, eyni zamanda transfer siyasətində də təsir sahibi olub.
"Sky Sports"un xəbərinə əsasən, Ronaldo "Real Madrid"dən ayrılması gözlənilən Rodriqonun transferinə prioritetlik verilməsini istəyib və rəhbərlik bu məsələdə onun istəyini nəzərə alıb.
Qeyd: Rodriqonu heyətinə qatmaq üçün "Arsenal" da ciddi maraq göstərirdi. Lakin "Real Madrid" braziliyalı futbolçu üçün 90 milyon avro tələb edir. Ronaldo isə bu transferin "Əl-Nəssr" üçün həyata keçirilməsini vacib hesab edir və bu prosesə şəxsən müdaxilə edib.
© Copyright 2025, All Rights Reserved