Ronaldo cərimə oluna bilər

Ronaldo Avro-2024-də UEFA qaydalarını pozaraq reklam verməkdə ittiham olunur.
90plus.az xəbər verir ki, "Whoop" şirkəti Avropa çempionatında Sloveniya ilə 1/8 final qarşılaşmasında (0:0, penaltilər seriyasında 3:0) Ronaldonun məlumatlarını dərc edib.
Penaltilər seriyasında hücumçunun nəbzi dəqiqədə 180-dən 100-ə düşüb və Bernardu Silvanın həlledici zərbəsi zamanı 180-ə yüksəlib.
Çempionatın sponsorlarının fikrincə, Ronaldo və şirkət cərimə olunmalıdır.
Qeyd: Ronaldo "Whoop" şirkətinin investoru və səfiridir.
Mənbə: Xarici media
© Copyright 2025, All Rights Reserved