Ronaldo: “Düzgün yoldayıq”
“Əl-Nəsr”in hücumçusu Kriştiano Ronaldo Səudiyyə Ərəbistanı çempionatının 12-ci turunda “Əl-İttihad”a qarşı keçirilən və 2:2 hesabı ilə başa çatan dramatik oyundan sonra fikirlərini bölüşüb.
90plus.az xəbər verir ki, qarşılaşmada topa 55 faiz nəzarət edən “Əl-Nəsr” 16 zərbə endirib, 4 real qol imkanı yaradıb. Buna baxmayaraq, komanda üç xalı qazana bilməyib.
Oyundan sonra Ronaldo sosial şəbəkə hesabında belə yazıb:
“Biz düzgün yoldayıq və 2026-cı ildə nə etməli olduğumuzu bilirik.”
Bu matçda 40 yaşlı hücumçu kürəyi ilə vurduğu qolla fərqlənib. Bu qol onun 2025-ci ildəki 41-ci, ümumilikdə isə karyerasında 957-ci qolu olub.
Ronaldo həmçinin qapıya 3 dəqiq zərbə endirib və 6 ikitoplu mübarizədən qalib ayrılıb.
© Copyright 2026, All Rights Reserved