Ronaldo erməni azarkeşi itələdi! VİDEO

Ronaldo Yerevanda azarkeşlə insident yaşadı.
90plus.az xəbər verir ki, Portuqaliya millisinin hücumçusu Kriştiano Ronaldo Ermənistan səfərində xoşagəlməz hadisə ilə üzləşib.
Yerevanda qaldığı oteldə ulduz futbolçu ilə şəkil çəkdirmək istəyən azarkeşə Ronaldo sərt reaksiya göstərib. Təcrübəli hücumçu fanatı itələyərək uzaqlaşdırıb.
Belə ki, azarkeşin təhlükəsizlik işçilərini keçərək Ronaldoya yaxınlaşması və ulduz futbolçu ilə selfi çəkməyə çalışması onun xoşuna gəlməyib.
Hadisə sosial şəbəkələrdə geniş müzakirə olunub.
Qeyd: Portuqaliya və Ermənistan milliləri bu gün 2026 Dünya Kubokunun seçmə mərhələsi çərçivəsində Yerevanda üz-üzə gələcək.
VİDEO: https://t.me/doxsanplus/107222
© Copyright 2025, All Rights Reserved