Ronaldo: "Əgər 1 komandada həmişəlik qalmalı olsam, bu olardı"

Kristiano Ronaldo uğurları haqqında danışdı.
90plus.az xəbər verir ki, portuqaliyalı ulduz yığmasına verdiyi dəyər haqqında danışıb:
“22 ildir Portuqaliya millisində çıxış edirəm. Məncə, bu, hər şeyi izah edir. Hələ də yığmanın formasını geyinmək, meydana çıxmaq və titullar qazanmaq üçün çox istəkliyəm.
Əgər yalnız bir komandada oynamaq imkanım olsaydı, bu, Portuqaliya millisi olardı.
Çünki yığma mənim karyeramın kulminasiya nöqtəsidir.
Zalda vaxtilə komanda yoldaşlarım olmuş Rui Patrisio, Pepe, Jorje Andrade, Beto və Kuarejmanı görürəm… Mən isə hələ də millidəyəm”
Record
© Copyright 2025, All Rights Reserved