Ronaldo: “Hələ getmirəm, anı yaşayıram”

Kriştiano Ronaldo: “Hələ də Portuqaliyaya və futbola çox şey gətirirəm”.
90plus.az xəbər verir ki, Portuqaliya millisinin kapitanı Kriştiano Ronaldo yaxın zamanlarda futboldan gedəcəyi barədə yayılan fikirlərə aydınlıq gətirib. 39 yaşlı hücumçu bildirib ki, hələ də milli komanda və futbol üçün çox şey edə bilər.
“Bilirəm, bəziləri məni hələ də bu turnirlərdə görməkdən yorulub… amma mən hələ də Portuqaliya milli komandası və futbol üçün çox şey gətirirəm. Bir neçə il daha oynamaq istəyirəm, çox deyil… Düzünü desəm, çox istəyim yoxdur. Bütün komanda yoldaşlarıma öyrəndiklərim üçün təşəkkür edirəm — həm təcrübəlilərə, həm də gənc nəsilə. Dünya Kuboku 2026-ya vəsiqə qazanmaq istəyirik,” — Ronaldo deyib.
Ulduz futbolçu əlavə edib ki, hələ də yüksək səviyyədə çıxış etdiyini düşünür və bu, onu motivasiya edir:
“Mən hələ də yaxşı işlər görür, klubuma və Portuqaliyaya kömək edirəm. Bəs… niyə davam etməyim? Əminəm ki, karyeramı bitirəndə hər şeyi vermiş olduğum üçün məmnun qalacağam.”
Ronaldo həmçinin gələcəklə bağlı planlarından danışıb:
“Anı yaşamaq önəmlidir… bilirəm ki, çox uzun illərim qalmayıb, amma qalan az zamanımı maksimum dərəcədə istifadə etmək və hər anın dadını çıxarmaq istəyirəm.
Gündəlik yaşamaq fəlsəfəm var. Uzunmüddətli planım yoxdur. Hazırda qısa müddətli planlar qururam, çünki bu daha həyəcanlıdır.”
📊 Statistika (2024/25 mövsümü):
“Əl-Nəsr” — 12 oyun, 11 qol, 4 asist
Portuqaliya millisi — 6 oyun, 5 qol
© Copyright 2025, All Rights Reserved