Ronaldo ilə Ten Haq arasında sırğa qalmaqalı

Ronaldo və Ten Haq arasında anlaşmazlığın yeni detalı üzə çıxıb.
90plus.az xəbər verir ki, "Manchester Evening News" portalının yaydığı xəbərə görə, Ronaldonun Ten Haq ilə sözü sırğalar üstündə çəp gəlib. Erikin bütün oyunçuların dərslərdən əvvəl zinət əşyalarını çıxarması tələbi var idi.
Portuqaliyalı isə qulaq asmayaraq, məşq zamanı onları çıxarmaqdan imtina edib. Ten Haq köməkçisindən Ronaldo ilə danışmağı da xahiş edib. Nəticədə isə, Ronaldo əsəblərinə hakim ola bilməyib və sırğaları kollara atıb.
© Copyright 2025, All Rights Reserved