Ronaldo: “Jotanın cənazəsinə getsəydim, diqqət məndə olacaqdı”
Ronaldo: “Jotanın cənazəsinə getsəydim, diqqət mərhuma yox, mənə yönələrdi”.
90plus.az xəbər verir ki, "Əl-Nəsr”in ulduzu Kristiano Ronaldo vəfat edən həmvətənlisi Dioqo Jotanın cənazəsində iştirak etməməsinin səbəbini açıqlayıb.
Portuqaliyalı futbolçu bu qərarına görə tənqidlərə məruz qaldığını etiraf edib:
“İnsanlar məni çox tənqid edir — vecimə deyil. İki səbəb var. Birincisi, atam öldükdən sonra bir daha qəbiristanlığa getmədim. İkincisi isə, bilirsiniz, mənim ad-sanım. Hara getsəm, dərhal bir sirk yaranır. Getsəydim, diqqət mərhuma deyil, mənə yönələrdi. Mən belə diqqət istəmirəm. Kameraların qarşısında olmağa ehtiyacım yoxdur. Onun ailəsini düşündüm və kömək edəcək şeyləri səssizcə, arxa planda etdim”.
Ronaldo əlavə edib ki, Dioqo Jotanın itkisi onu dərin kədərləndirib və o, mərhumun ailəsinə səssiz şəkildə dəstəyini göstərib.
© Copyright 2026, All Rights Reserved