Ronaldo klub aşpazını jesti ilə ağlatdı! VİDEO

Ronaldo ad günü sürprizi ilə klub aşpazını ağlatdı – nümunəvi jest!
90plus.az xəbər verir ki, “Al-Nassr”ın ulduzu Kriştiano Ronaldo bir daha meydandan kənarda da necə böyük insan olduğunu göstərib. Portuqaliyalı futbolçu klubun baş aşpazı üçün təşkil olunan ad günü tədbirində şəxsən iştirak edib və doğum günü tortunu özü təqdim edib.
Sürpriz qarşısında duyğulanan aşpaz göz yaşlarını saxlaya bilməyib və Ronaldoya sarılaraq təşəkkürünü bildirib. Bu anların görüntüləri sosial şəbəkələrdə geniş yayılıb və azarkeşlər tərəfindən böyük rəğbətlə qarşılanıb.
VİDEO: https://t.me/doxsanplus/105793
Ronaldo öz davranışı ilə bir daha sübut edib ki, böyük futbolçu olmaqdan öncə, böyük insan olmaq əsasdır.
© Copyright 2025, All Rights Reserved