Ronaldo “Əl-Nəssr”də qalır

RƏSMİLƏŞMƏ YAXINDIR: Kriştiano Ronaldo “Əl-Nəsr”lə yeni müqavilə imzalayır – 2027-yə qədər Səudiyyə Ərəbistanında qalacaq.
90plus.az xəbər verir ki, dünyaca məşhur jurnalist Fabrisio Romano Kriştiano Ronaldonun “Əl-Nəsr” klubu ilə yeni müqavilə imzalamağa çox yaxın olduğunu yazıb. Artıq tərəflər arasında razılıq əldə olunub, hazırda rəsmi sənədlər yoxlanılır və son detallar müzakirə olunur.
Yeni müqaviləyə əsasən, portuqaliyalı superulduz ən azı 2027-ci ilin yayına qədər Səudiyyə Ərəbistanında qalacaq. Müqavilənin müddəti ilə bağlı son qərarın – 1 və ya 2 illik olmasının – tezliklə verilməsi gözlənilir. Ronaldo istədiyi halda müqavilə iyun 2027-yə qədər uzadıla bilər.
Xatırlatma: 40 yaşlı Ronaldo 2024/25 mövsümündə 25 qolla Pro Liqanın bombardiri olub və ardıcıl ikinci mövsüm bu göstəriciyə imza atıb.
Kriştiano Ronaldonun yeni müqaviləsi ilə bağlı rəsmi açıqlamanın yaxın günlərdə veriləcəyi gözlənilir.
© Copyright 2025, All Rights Reserved