Ronaldo: “Məndən məşhur insan yoxdur”
Ronaldo: “Dünyada məndən daha məşhur insan yoxdur”.
90plus.az xəbər verir ki, portuqaliyalı ulduz Kristiano Ronaldo bu yaxınlarda Pirs Morqana verdiyi yeni müsahibə ilə yenidən gündəmə gəlib.
Söhbət zamanı Morqan Ronaldoya belə bir sual ünvanlayıb:
“Sən və Donald Tramp dünyanın iki ən populyar insanısınız, düzdür? Sənin hamıdan çox izləyicin var, o isə yəqin ki, ən çox tanınandır.”
Ronaldo isə özünəxas inamla cavab verib:
“Gəl dünya üzrə sorğu keçirək. Kim daha məşhurdur: mən, yoxsa Tramp? Düşünürəm ki, mən. Çünki məni hətta kiçik adada daha çox insan tanıyar. Dünyada məndən populyar kimsə yoxdur.”
Ulduz futbolçu həmçinin ABŞ-ın sabiq prezidenti Donald Trampla görüşmək istədiyini də bildirib:
“Tramp ilə görüşmək istəyərdim. O, dünyanı dəyişə biləcək insanlardan biridir. Bir gün onunla söhbətləşmək imkanımın olacağına ümid edirəm. Açıq deyə bilmədiyim, yalnız ona söyləmək istədiyim sözlər var. Ola bilsin, Tramp bilmir, amma bizi birləşdirən şeylər var.”
© Copyright 2026, All Rights Reserved