Ronaldo: "Onlara dedim ki, mən də səudiyyəliyəm"
Portuqaliya yığmasının və “Əl-Nəsr” klubunun kapitanı Kriştiano Ronaldo Səudiyyə Ərəbistanındakı həyatı və yerli liqa barədə fikirlərini bölüşüb.
90plus.az xəbər verir ki, 40 yaşlı forvard Səudiyyə Ərəbistanı çempionatının inkişaf baxımından böyük imkanlara sahib olduğunu bildirib:
“Bu liqanın layihəsinə, futboluna və burada çalışan insanlara inanıram. Səudiyyə Ərəbistanı çempionatı çox böyük potensiala malikdir. Son 3 ildə liqada nəzərəçarpacaq dərəcədə irəliləyiş müşahidə olunur. Buradakı insanlar futbola inanılmaz bir ehtirasla yanaşırlar.
Mənim üçün önəmli olan turizm sahəsi də son illərdə ciddi şəkildə inkişaf edib. Bu prosesin bir hissəsi olmaqdan məmnunam. Səudiyyə xalqına demək istəyirəm ki, mən artıq onlardan biriyəm — mən də səudiyyəliyəm.”
© Copyright 2026, All Rights Reserved