Ronaldo Ərəbistanda pula pul demir, 1 milyarda yaxın qazanc
2025-ci ilin ən çox qazanan futbolçusu: Kriştiano Ronaldo Səudiyyə Ərəbistanında sərvət topladı.
90plus.az xəbər verir ki, 2025-ci ilin ən çox qazanan futbolçusu olan Kriştiano Ronaldo Səudiyyə Ərəbistanında əldə etdiyi gəlirlə futbol ictimaiyyətini heyrətləndirib. Portuqaliyalı superulduzun ümumi qazancı rekord səviyyəyə çatıb və rəqəmlər sözün əsl mənasında ağızları açıq qoyur.
2022 Dünya Çempionatından sonra “Mançester Yunayted”də yaşadığı problemlər səbəbindən klubdan ayrılan Ronaldo 1 yanvar 2023-cü ildə Səudiyyə Ərəbistanının “Al-Nassr” klubuna transfer olunmuşdu. 40 yaşlı ulduz futbolçu bu müddət ərzində sərvətinə sərvət qatıb.
Transfer News Live-ın məlumatına görə, Kriştiano Ronaldo Səudiyyə Ərəbistanında keçirdiyi 3 il ərzində vergisiz olaraq ümumilikdə 658 milyon dollar maaş qazanıb. Onun müqaviləsində yer alan digər gəlir maddələri isə belədir:
658 milyon dollar vergisiz maaş
Şəxsi təyyarə üçün 5,5 milyon dollar büdcə
14 milyon dollar dəyərində lüks rezidensiya
Tam ştatlı 16 nəfərdən ibarət şəxsi heyət
Hər qol üçün 110 min dollar, hər məhsuldar ötürmə üçün 55 min dollar
“Qızıl buts” mükafatı qazanacağı halda 5,5 milyon dollar
Liqa çempionluğu halında 11 milyon dollar bonus
Asiya Çempionlar Liqasının qazanılması halında 9 milyon dollar bonus
83 milyon dollarlıq sponsorluq müqavilələri
Hazırda təxminən 45 milyon dollar dəyərində olan “Al-Nassr” klubunun 15 faizlik səhmi
Kriştiano Ronaldo “Al-Nassr” forması ilə indiyədək 119 oyuna çıxıb, 106 qol vurub və 22 məhsuldar ötürmə edib. Bu göstəricilər onun təkcə maliyyə baxımından deyil, meydandakı performans baxımından da nə qədər təsirli olduğunu sübut edir.
© Copyright 2026, All Rights Reserved