Ronaldo tarixə düşdü — 1.4 milyard dollarlıq sərvət

Futbol karyerasını Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunda davam etdirən Kriştiano Ronaldo bu dəfə meydandan kənar bir hadisə ilə gündəmə gəlib.
90plus.az xəbər verir ki, portuqaliyalı ulduz futbolçu sərvəti ilə tarixə düşərək daha bir rekorda imza atıb.
Bu mövsüm "Əl-Nəsr" forması ilə 6 rəsmi oyuna çıxan Ronaldo, 5 qol və 1 assistlə yadda qalıb. 39 yaşlı futbolçu hələ də yüksək səviyyəli çıxışı ilə seçilir və komandasının aparıcı fiqurlarından biri sayılır.
Beynəlxalq idman mediasında yayılan məlumata görə, Kriştiano Ronaldo 1.4 milyard dollarlıq sərvəti ilə dünyanın tarixdəki ilk milyarder futbolçusu kimi qeydə alınıb. Bu, futbol tarixində daha əvvəl görünməmiş bir maliyyə uğurudur. Reklam gəlirləri, klub müqavilələri və sponsorluq anlaşmaları ilə sərvətini artıran Ronaldo, bu sahədə də liderliyini qoruyur.
© Copyright 2025, All Rights Reserved