Ronaldolu qalmaqal! Ayrılıq ehtimalı gündəmdə
Ronaldolu qalmaqal: “Əl-Nəsr” cərimə riski ilə üz-üzə, ayrılıq ehtimalı gündəmdə!
90plus.az xəbər verir ki, Səudiyyə Ərəbistanı Pro Liqasında “Əl-Nəsr 1 – 0 Ər-Riyad” oyunu (qol: Sadio Mane) qalmaqalla yadda qalıb.
Klub rəhbərliyi matçdan əvvəl və sonra futbolçuların və baş məşqçi Jorje Jezuşun fləş-müsahibə zonasına çıxmasına icazə verməyib.
Bu qərarın klub rəhbərliyindən narazı olduğu bildirilən və oyunda meydana çıxmaqdan imtina edən Kriştiano Ronaldonun boykotu fonunda verildiyi vurğulanır.
Nəticədə nə Jezuş, nə də “Əl-Nəsr”in futbolçuları media öhdəliklərini yerinə yetiriblər. Portuqaliyalı mütəxəssis həm oyunöncəsi fləş-müsahibədə, həm də matçdan sonrakı mətbuat konfransında iştirak etməyib.
Səudiyyə mediasının məlumatına görə, Jorje Jezuş oyundan sonra açıqlama vermədiyi üçün üzr istəyib. Bununla belə, klubun bu hadisəyə görə yüksək məbləğdə cərimələnəcəyi gözlənilir. (Mənbə: A Bola)
Bu qalmaqal fonunda Kriştiano Ronaldonun gələcəyi də müzakirə mövzusuna çevrilib.
Məlumata görə, 40 yaşlı ulduz futbolçu bu yay “Əl-Nəsr”dən ayrıla bilər. Onunla MLS və Avropadan bir neçə klubun maraqlandığı bildirilir.
Xəbərdə qeyd olunur ki, Ronaldo Səudiyyə Ərəbistanındakı mövcud vəziyyətdən narazıdır.
Futbolçunun müqaviləsində 50 milyon avroluq sərbəstqalma maddəsi yer alır (Mənbə: RECORD).
© Copyright 2026, All Rights Reserved