Ronaldonun "Əl Nəssr"i İsmayıl Kartalın klubunu uda bilmədi
Kristiano Ronaldonun klubu “Al Nassr" səfərdə İsmayıl Kartalın "Persepolis"i ilə bacarmadı.
90plus.az xəbər verir ki, Asiya Çempionlar Liqasının liqa mərhələsində Səudiyyə Ərəbistanı klubu "Əl Nəssr" ilə İsmayıl Kartalın "Persepolis" klubu İranda münasibətlərinə aydınlıq gətirdilər. Görüşdə azarkeşlər qola şahidlik edə bilmədilər. Matç başladığı hesabla da bitdi.
Persepolis 0 - 0 Əl Nəssr
Qeyd: Kriştiano Ronaldo bu oyun üçün İrana yollanmamışdı.
© Copyright 2026, All Rights Reserved