Ronaldonun özünə qoyduğu telefon qadağaları

Portuqaliyalı futbol əfsanəsi Kriştiano Ronaldo yatarkən telefonu yataq otağında saxlamaz. Bu barədə onun millidəki sabiq komanda yoldaşı Sedrik Soareş GOAL nəşrinə danışıb.
90plus.az xəbər verir ki, o bildirib: “Ronaldo müəyyən bir vaxtdan sonra telefondan istifadə etmir. Deyir ki, bu, yuxusuna təsir edir, ona görə də telefonu yataq otağının kənarında qoyur. Bir dəfə mənə dedi: ‘Sedrik, 5G-dən istifadə etmə – yuxuya pis təsir edə bilər’. Həmin vaxt 5G yeni çıxmışdı. İndi də belə edir, bilmirəm, amma əvvəllər siqnalı bloklayırdı ki, bir neçə saat normal yata bilsin”.
Belə iddialar bəzilərinin təəccübünə səbəb ola bilər, amma görünür, Ronaldo sağlamlığını riskə atmaq istəmir — xüsusilə də pandemiya dövründə 5G texnologiyası ilə bağlı yayılan dezinformasiyaları nəzərə alsaq ( 5G immuniteti zəiflədir və ya virus yayır).
Bütün skeptik baxışlara rəğmən, Ronaldo yeni mövsümdə də yüksək formada qalmağa çalışır. O, bu yaxınlarda “Tuluza” ilə yoldaşlıq oyununda qol vurub, amma daha sonra “Əl-Nəsr” qapalı qapılar arxasında keçirilən matçda Portuqaliya klubu “Eştrela”ya uduzub.
© Copyright 2025, All Rights Reserved