Ronaldonun qol sevinci dünya gündəmini salladı - FOTO
Portuqaliyalı ulduz Kriştiano Ronaldo əlavə hissədə penaltidən vurduğu qolla “Əl Feyha” üzərində qələbəni təmin etdi. Onun qol sevinci isə sosial şəbəkələrdə böyük səs-küy yaratdı.
90plus.az xəbər verir ki, Səudiyyə Ərəbistanı Liqasının lideri “Əl Nəsr” növbəti oyununda “Əl Feyha” üzərində dramatik qələbə qazanıb. Xorxe Jesusun rəhbərlik etdiyi komanda, 90+15-ci dəqiqədə Kriştiano Ronaldonun penaltidən vurduğu qolla oyunu 2:1 hesabı ilə qalib başa vurub və məğlubiyyətsiz seriyasını davam etdirib.
Qonaq komanda “Əl-Feyha” 13-cü dəqiqədə Ceysonun qolu ilə hesabı açsa da, “Əl Nəsr” 37-ci dəqiqədə Ronaldo ilə bərabərlik qolunu tapdı. Görüşün ikinci hissəsində hesab dəyişməsə də, son saniyələrdə portuqaliyalı superulduz penaltidən fərqlənərək komandasına həyəcan dolu qələbə qazandırdı.
Bu qollarla Ronaldo karyerasında ümumilikdə 952 qola çataraq 1000 qol hədəfinə bir addım daha yaxınlaşıb. Ulduz futbolçunun 90+15-ci dəqiqədə vurduğu qoldan sonra etdiyi məşhur “Siuu” sevinci isə sosial mediada trend mövzusuna çevrilib. Minlərlə azarkeş Ronaldonun sevinci ilə bağlı paylaşımlar edərək onun əzmkarlığını və qalib ruhunu alqışlayıb.
“Əl Nəsr” bu nəticə ilə Səudiyyə Ərəbistanı Liqasının ilk 7 turunda bütün oyunlarda qələbə qazanaraq 21 xalla zirvədəki mövqeyini qoruyub.
© Copyright 2025, All Rights Reserved