Ronaldonun rekordunu həmyerlisi qırdı
Joao Neveş PSJ ilə Çempionlar Liqasında Ronaldonun rekorduna çatdı.
90plus.az xəbər verir ki, çərşənbə axşamı PSJ-nin "Atletik Bilbao" ilə keçirdiyi və 0-0 hesabı ilə başa çatan matçda Neveş Çempionlar Liqasının rekordunu Kriştiano Ronaldo ilə bərabərləşdirdi.
BeFootball-un məlumatına görə, 21 yaş və 74 günlük yarımmüdafiəçi karyerasında Çempionlar Liqasındakı 30-cu matçını keçirdi.
Bu göstərici ilə Neveş 30-cu Çempionlar Liqası oyununu 21 yaş və 226 günlük ikən keçirən Kriştiano Ronaldonu geridə qoydu.
Bu statistika Joao Neveşin nə qədər erkən yaşda böyük uğurlar qazandığını göstərir. O, artıq PSJ ilə Çempionlar Liqasını qazanan əsas oyunçulardan biri kimi tarixə düşüb.
© Copyright 2025, All Rights Reserved