Ronaldoya kəskin tənqid: “BU, RONALDO’NUN ƏRƏBİSTANI DEYİL”
SƏUDİYYƏDƏ RONALDOYA SƏRT MESAJ: “BU, RONALDONUN ƏRƏBİSTANI DEYİL”.
90plus.az xəbər verir ki, Səudiyyə Ərəbistanı futbolunun ən nüfuzlu simalarından biri, tanınmış media nümayəndəsi Valid Al-Faraj Kriştiano Ronaldo ilə bağlı kəskin açıqlama verib.
Al-Faraj ulduz futbolçunun son davranışlarını tənqid edərək bildirib ki, heç bir status liqaya və ölkəyə hörmətsizliyə haqq qazandırmır:
“Kriştiano Ronaldo həddini bilməlidir. Bu ölkənin adı Səudiyyə Ərəbistanıdır, Ronaldo’nun Ərəbistanı deyil. Onun davranışı məyusedici oldu. O, bu liqada çıxış edən bir futbolçudur və milyonlarla dollar maaş alır — Avropada heç vaxt bu qədər qazanmamışdı. Liqaya hörmət etməlidir, əks halda ayrılmaq məcburiyyətindədir.”
Al-Faraj müqayisə apararaq Avropa futbolunu da nümunə göstərib:
“Təsəvvür edin ki, ‘Mançester Siti’nin bir futbolçusu klub sahibinin qərarlarına etiraz olaraq meydana çıxmaqdan imtina edir və ya ‘Arsenal’ın oyunçusu müqavilə uzadılmadığı üçün iki matçda oynamır. Premyer Liqada buna cəsarət etmək mümkün deyil.”
Açıqlamanın ən çox rezonans doğuran hissəsi isə siyasi və simvolik müqayisə olub:
“Ronaldo 500 il keçsə də, heç vaxt Ağ Evə daxil ola bilməzdi. Səudiyyə nümayəndə heyətinin üzvü olmasaydı, qapıya belə yaxınlaşa bilməzdi.”
Valid Al-Farajın sözlərinə görə, mesaj aydındır: ulduz statusu belə, Səudiyyə Ərəbistanı liqasına və ölkəyə hörmətsiz yanaşmanı qəbulolunan etmir.
© Copyright 2026, All Rights Reserved