Ronaldoya "Qızıl buts" verdilər - FOTO

Kriştiano Ronaldo Səudiyyə Ərəbistanı Pro-Liqasının “Qızıl buts” mükafatına layiq görülüb.
90plus.az xəbər verir ki, “Əl-Nəsr” – “Əl-Xolud” (2:0) qarşılaşmasından əvvəl keçirilən rəsmi mərasimdə portuqaliyalı ulduza ötən mövsümün ən məhsuldar futbolçusu kimi mükafat təqdim edilib. Ronaldo 2024/25 mövsümündə 30 oyunda 25 dəfə rəqib qapılarına yol tapıb.
Qeyd: O, artıq ikinci mövsümdür ardıcıl olaraq Səudiyyə çempionatının bombardiri olur.
© Copyright 2025, All Rights Reserved