Rövşən Nəcəf “Qarabağ”a ürək sözlərini dedi

Rövşən Nəcəf UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin cavab oyununda Şimali Makedoniya təmaioçisi "Şkendiya"nı 5:1 hesabı ilə udan “Qarabağ”ı təbrik etdi.
90plus.az xəbər verir ki, AFFA prezidenti Rövşən Nəcəf UEFA Çempionlar Liqasının pley-off mərhələsinə yüksələn “Qarabağ”ı təbrik edib.
Qurum rəhbəri rəsmi açıqlamasında bildirib:
“UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyununda Şimali Makedoniyanın “Şkendiya” klubuna qalib gələrək turnirin pley-off mərhələsinə yüksələn “Qarabağ” komandasını ürəkdən təbrik edir, qarşıdakı oyunlarda yeni qələbələr diləyirəm.”
Qeyd: "Qarabağ"ın pley-offdakı rəqibi "Ferensvaroş" (Macarıstan) - "Ludoqorets" (Bolqarıstan) cütünün qalibi olacaq. Rəqib bu gün müəyyənləşəcək.
© Copyright 2025, All Rights Reserved