Roy Kin Salaha görə “Liverpul”u ağ yuyub-qara sərdi
Roy Kin Salahla bağlı “Liverpul”u kəskin tənqid edib.
90plus.az xəbər verir ki, “Mançester Yunayted”in sabiq futbolçusu Roy Kin Məhəmməd Salahın yayda “Liverpul”dan ayrılacağı ilə bağlı açıqlamasından sonra klubun futbolçuya münasibətini sərt tənqid edib.
Roy Kin bildirib ki, böyük futbolçulara münasibət daha fərqli olmalıdır və klub Salah kimi oyunçunu ehtiyat skamyasına göndərməklə səhv edib.
“Yaxşı rəqqas səhnəni nə vaxt tərk etməli olduğunu bilir, eyni şey Cristiano Ronaldo ilə də oldu.
Klub üçün etdiklərindən sonra onu ehtiyat oyunçular skamyasına göndərdilər, problemi onun üzərinə atdılar, indi isə eyni vəziyyət Salah və Liverpool arasında yaşanır.
Klub üçün bu qədər şey etdikdən sonra belə futbolçunu ehtiyatda oturdub sonra ondan yenidən əsas heyət uğrunda mübarizə aparmağı istəyə bilməzsən.”
Qeyd: Ötən gecə Məhəmməd Salah mövsümün sonunda “Liverpul”dan ayrılacağını açıqlayıb. Misirli futbolçu uzun illər klubun əsas liderlərindən biri olub və komanda ilə Premyer Liqa, Çempionlar Liqası və bir çox digər kuboklar qazanıb.
Hazırda isə tərəflər arasında münasibətlərin soyuduğu və futbolçunun karyerasını başqa klubda davam etdirəcəyi gözlənilir.
© Copyright 2026, All Rights Reserved