Rəqib məşqçi: "Azərbaycanın 5 oyunda 2 heç-heçəsi var"

Macarıstan sabah Azərbaycanla yoxlama görüşündə qarşılaşacaq
90plus.az xəbər verir ki, Macarıstan yığmasının baş məşqçisi Marko Rossi qarşılaşma ərəfəsində baş tutan mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.
- İsveç millisi ilə matçdan sonra növbəti önəmli oyundur. Gözləntiləriniz nədir?
- Fərqli oyun gözləyirik. Rəqib komanda qələbə qazanmaq istəyir. Son 5 oyunda onların 2 heç-heçəsi var. Rəqib öz üzərinə düşəni etməyə çalışacaq.
- Heyətdə itkilər var?
- Əlimizdə olan futbolçularla oynayacağıq.
- Qapıda kim olacaq?
- Yoldaşlıq oyunlarında bütün qapıçılara şans veririk. Denes Dibuş səhv etdiyi üçün kənarda qalmayacaq. Sadəcə sabah start heyətində Balaş Tot olacaq. Çünki onu da görmək istəyirik.
- 6 il öncə Azərbaycan millisi ilə qarşılaşmısız. Həmin zamanla müqayisədə nələr dəyişib?
Çox şey dəyisib. Komandamız yenidir. Buradakı oyun çətin olmamışdı. 2:0 hesablı qələbə qazanmışdıq. Amma Macarıstandakı matç daha çətin keçmişdi. Biz TOP komanda deyilik. Elə vəziyyətdə deyilik ki, digər rəqiblərə yuxarıdan aşağı baxaq. Azərbaycana qarşı oynamaq bizim üçün asan olmayacaq. Milli komanda səviyyəsində asan oyun yoxdur. Sabah topa daha çox nəzarət etməliyik.
AFİŞA: Azərbaycan-Macarıstan (beynəlxalq yoldaşlıq oyunu)
10 İyun, Saat 20:00
Stadion: Liv Bonadea Arena.
© Copyright 2025, All Rights Reserved