Rəqibimiz - Slovakiya millisini yaxından tanı! ARAŞDIRMA

Bu günkü rəqibimiz Slovakiya millisini yaxından tanıyaq.
90plus.az Slovakiya millisi və onların futbol uğurları haqqında araşdırma edib sizə təqdim edir:
Slovakiya - Avropanın coğrafi baxımından aşağı hissələrindən birində yerləşsə də, futbolu ilə heç vaxt aşağılarda olmayıb. Tarixə nəzər salsaq, Çexslovakiya dövründən futbol uğurları başlayan bu ölkə iki dəfə - 1934 və 1962-ci illərdə dünya çempionatında 2-ci yeri tutmağı bacarıb. Müstəqillik dövründən bu yana mütəmadi olaraq DÇ-a qatılmasalar da, 2010-cu ildə İtaliyanın olduğu qrupda onları qabaqlayaraq son 16 turuna qalmağı bacarmışdılar.
Avropa çempionatında da 2016 və 2024-cü illərdə qrupdan çıxmağı bacaran komanda 1/8-də büdrəmişdilər.
Ölkə olaraq bu il ilk dəfə bir klubları - "Slovan Bratislava" UEFA Çempionlar Liqasının liqa mərhələsinə qatılmağı bacardı. Həyətlərində ən dəyərli futbolçu təxmini 30 milyon dəyəri olan "Napoli"dən Stanislav Labotkadır. Bundan əlavə PSJ-dən Milan Şkriniar və "Nyukasl"dan Martin Dubravka da bu komanda üçün tər tökür.
Qeyd: Azərbaycan - Slovakiya matçı bu gün saat 20:00-dan etibarən meydana çıxacaqlar.
© Copyright 2025, All Rights Reserved