Rəsmi etiraf: Höysenin qırmızı vərəqəsi yanlışdır

İspaniya Hakimlər Komitəsi “Real Madrid”in müdafiəçisi Din Höysenin “Real Sosyedad”la oyunda (2:1) qırmızı vərəqə almasının səhv qərar olduğunu etiraf edib.
90plus.az xəbər verir ki, La Liqanın 4-cü turunda baş verən bu epizod madridlilər arasında böyük mübahisə və narazılıq doğurmuşdu.
Komitənin rəsmi açıqlamasında bildirilib ki, hakim Xil Manzano tərəfindən göstərilən qırmızı vərəqə düzgün olmayıb:
“Bu epizod bizə perspektivli hücumla açıq qol imkanı arasındakı fərqi göstərir. Burada əsas məqam ikinci müdafiəçinin mövcudluğudur. Əgər ikinci müdafiəçinin top uğrunda mübarizə aparmaq imkanı varsa, bu zaman qərar sarı vərəqə olmalı idi.
Hakim məsafənin buna imkan vermədiyini düşünərək birbaşa qırmızı vərəqə göstərdi. Lakin bu epizodda açıq qol imkanı üçün lazım olan bütün meyarlar tam şəkildə ödənmirdi”.
Komitənin qərarına əsasən, ən uyğun cəza sarı vərəqə olmalı idi. Buna görə də Höysenin qırmızı vərəqəsinin dərhal ləğv ediləcəyi gözlənilir.
© Copyright 2025, All Rights Reserved