Rəsmi! Mbappe 10 oldu!

Rəsmi təsdiq gəldi! Kilian Mbappe “Real Madrid”in yeni 10 nömrəli futbolçusu kimi təqdim olunub.
90plus.az xəbər verir ki, Madrid klubu bu xəbəri rəsmi saytında heyət nömrələrini yeniləməklə təsdiqləyib.
Mbappe bu nömrəni komandadan azad agent kimi ayrılaraq “Milan”a keçən Luka Modriçin yerinə alıb.
Beləliklə, Kilian Fransa yığmasında da geyindiyi 10 nömrəli formanı artıq “Real Madrid”də daşıyacaq.
Təbriklər, Kilian!
© Copyright 2025, All Rights Reserved