Ruben Amorim: “Artıq püxtələşdim, keçən ilki səhvlərimi bilirəm”
“Mançester Yunayted”in baş məşqçisi Ruben Amorim etiraf edib ki, bir il əvvəllə müqayisədə artıq tam fərqli məşqçidir.
90plus.az xəbər verir ki, portuqaliyalı mütəxəssis “Old Trafford”dakı ilk mövsümün onun məşqçilik karyerasında həm ən çətin, həm də ən öyrədici dövr olduğunu bildirib.
Amorimin sözlərinə görə, “Yunayted”də qarşılaşdığı çətinliklər onun inkişafını sürətləndirib və həm meydanda, həm də meydandan kənar verdiyi qərarlar barədə dərin düşünməyə məcbur edib.
“Keçən ilə qayıtmaq istərdim. Hazırda çox əziyyət çəkirik və bir çox şeyi tam fərqli edərdim.
Bu il məşqçi kimi əvvəlki beş ildən daha çox şey öyrəndim. Çox şeyi fərqli edəcəyəm – təkcə ümumi məsələlərdə yox, həm də meydanda, oyunu oynatma tərzimdə.
Gələcəkdə nə baş verməsindən asılı olmayaraq, çox şey öyrəndim və artıq fərqli məşqçiyəm.
Konkret bir məqamı göstərmək çətindir, amma ötən mövsüm sahib olduğum heyətin bütün potensialından tam yararlana bilməməyim bəlkə də hər zaman düzgün seçim deyildi. Bəzi məqamları anlamaq üçün keçən mövsümün oyunlarına yenidən baxdım.
Bu gün mən fərqli məşqçiyəm. Ola bilsin ki, işlərimin təxminən 75 faizini başqa cür edim, amma əsas prinsiplər – qırmızı xətlər – eyni qalacaq. Düşünürəm ki, indi daha yaxşı məşqçiyəm”, – Amorim bildirib.
© Copyright 2026, All Rights Reserved