Rüdiger Səudiyyə Ərəbistanı klublarının marağında

90plus.az xəbər verir ki, "Real Madrid"in alman müdafiəçisi Antonio Rüdigerə Səudiyyə Ərəbistanı klubları ciddi maraq göstərir. Bu barədə məşhur transfer mütəxəssisi Fabrisio Romano məlumat yayıb.
Romano bildirib ki, bir neçə Səudiyyə Ərəbistanı klubu artıq uzun müddətdir Rüdigeri izləyir və onun komandalarında oynamasını çox istəyirlər.
Məlumata görə, Səudiyyə klubları Almaniya millisinin üzvünü liqanı daha da cazibədar etmək məqsədilə heyətlərinə qatmaq niyyətindədirlər.
Antonio Rüdigerin "Real Madrid"lə müqaviləsi 2026-cı ildə başa çatır. Əgər klubdakı mövqeyini itirməyə davam edərsə, təcrübəli müdafiəçinin karyerasının son mərhələsində yüksək gəlirli bir Səudiyyə transferinə "hə" deməsi mümkündür.
Yaxın aylarda tərəflər arasında ilkin danışıqların başlanması gözlənilir.
© Copyright 2025, All Rights Reserved