Runi: “Mançester Yunayted” Ten Haq dövründən də pis oynayır

İngiltərə Premyer Liqasının IV turunda “Mançester Siti” doğma meydanda “Mançester Yunayted”i 3:0 hesabı ilə məğlub edib.
90plus.az xəbər verir ki, qarşılaşmadan sonra sabiq ingiltərəli futbolçu Ueyn Runi “qırmızı şeytanlar”ın hazırkı çıxışı ilə bağlı sərt fikirlər səsləndirib.
“Oyunun sonlarına yaxın azarkeşlərin stadionu tərk etdiyini gördüm. Amorimin adını oxuyanlar da vardı. Amma onların getməsi güclü siqnaldır, çünki gördüklərindən çox məyus idilər. Növbəti addımın nə olacağını təsəvvür etmək çətindir.
Ötən il Ten Haq göndərildikdən sonra Ruben komandaya gəldi. Çox eşidirik ki, onlar necə oynamağı planlaşdırır, vəziyyətin necə dəyişəcəyindən danışırlar. Amma mənim fikrimcə, əgər baş məşqçi özü ilə səmimidirsə, etiraf edəcək ki, vəziyyət daha da pisləşib”, – Runi “The Wayne Rooney Show” verilişində deyib.
© Copyright 2025, All Rights Reserved