Rusiya klubu "Flamenqo"dan 30 milyonluq hücumçu alır
“Zenit” “Flamenqo”nun hücumçusu Pedro Abreunu transfer etməyi planlaşdırır, lakin bu, Maksim Qluşenkov satıldığı təqdirdə mümkün olacaq.
90plus.az xəbər verir ki, Sankt-Peterburq klubu Pedro üçün “Flamenqo”ya 25–30 milyon avro təklif etməyi düşünür.
Abreu 2020-ci ildən “Flamenqo”da çıxış edir. Bu müddətdə o, bütün yarışlarda 302 oyuna çıxıb, 150 qol vurub və 39 məhsuldar ötürmə edib.
Futbolçunun klubla mövcud müqaviləsi 2027-ci ilin sonuna qədərdir. “Transfermarkt”a görə, onun bazar dəyəri 18 milyon avrodur. Qluşenkov yaxın günlərdə başqa klubla razılığa gəlsə, Pedronun “Zenit”ə transferi daha da sürətlənəcək.
© Copyright 2026, All Rights Reserved