Rusiyalı futbolçuya Fransa klubu "elçi düşdü"
                            
                        
                            
                                "Lokomotiv"in futbolçusu Aleksey Batrakovın karyerasını Fransada davam etdirmə ehtimalı var.
90plus.az xəbər verir ki, PSJ rusiyalı hücumameyilli yarımmüdafiəçini heyətinə qatmaq niyyətindədir. Bu barədə futbol insayderi Ekrem Konur məlumat yayıb.
Paris klubu Batrakovun adını qısa transfer siyahısına daxil edib və 20 yaşlı oyunçu üçün gələn il “Lokomotiv”lə danışıqlara başlamağı planlaşdırır.
Gənc futbolçunun çıxışını “Barselona”, “Yuventus” və “İnter” kimi Avropanın aparıcı klubları da izləyir.
Qeyd: Aleksey Batrakov “Lokomotiv”in öz yetirməsidir. Rusiya millisinin üzvü cari mövsümdə Moskva təmsilçisinin heyətində keçirdiyi 18 rəsmi görüşdə 12 qol vurub və 4 qol ötürməsi ilə yadda qalıb.
                    
                    
                    
                    
                    
                    
                    
                    
                    
                    
                    
                    
                    
                    
                    
                    
                    
                    
                    
                    
                    © Copyright 2025, All Rights Reserved