"Sabah" 3 xalı 3 qolla qazandı
Azərbaycan Premyer Liqasının 25-ci turunda "Sabah" növbəti qələbəsini qazanıb.
90plus.az xəbər verir ki, lider komanda doğma meydanda "Sumqayıt"ı 3:1 hesabı ilə məğlub edib.
Matçda hesabı 24-cü dəqiqədə Kahim Parris açıb. 49-cu dəqiqədə Coy-Lens Mikels fərqi artırıb. 71-ci dəqiqədə Velko Simiç "Sabah"ın üçüncü qolunu vurub. Qonaqların yeganə qoluna isə 90+2-ci dəqiqədə Nsana Simon imza atıb.
Matçda vurulan qollara bu cümləyə klik edərək keçid edin
Bu nəticədən sonra xallarının sayını artıran "Sabah" turnir cədvəlinin zirvəsində mövqeyini daha da möhkəmləndirib və ən yaxın izləyicisindən 10 xal irəli düşüb. "Sumqayıt" isə 7-ci pillədə qərarlaşıb.
© Copyright 2026, All Rights Reserved