"Sabah" Çempionlar Liqasına məğlubiyyətlə başladı

Azərbaycanın “Sabah” basketbol klubu bu gün Çempionlar Liqasındakı çıxışına start verib.
90plus.az xəbər verir ki, litvalı mütəxəssis Rimas Kurtinaytisın çalışdırdığı komanda B qrupunun ilk tur qarşılaşmasına çıxıb.
Azərbaycan çempionu Çexiyada yerli “Nimburk” komandası ilə səfərdə üz-üzə gəlib. Görüş meydan sahiblərinin üstünlüyü ilə yekunlaşıb – 93:65.
Qrupun digər matçı Almaniyanın “Alba” klubu ilə Fransanın “Elan Şalon” komandası arasında sabah baş tutacaq.
“Sabah” növbəti oyununu oktyabrın 15-də Bakıda “Alba”ya qarşı keçirəcək.
© Copyright 2025, All Rights Reserved