"Sabah" fransalı yarımmüdafiəçi transfer etdi

“Sabah” klubu heyətinə yeni oyunçu cəlb edib.
90plus.az xəbər verir ki, Masazır təmsilçisi 25 yaşlı dayaq yarımmüdafiəçisi Zinədin Uld Xaledlə 2 illik müqavilə bağlayıb.Bu barədə məlumatı klubun mətbuat xidməti yayıb.
Futbolçu Fransanın “Anje” klubunun futbol akademiyasının yetirməsidir. O, karyerası ərzində həm bu klubun əsas komandasında, həm də B komandasında forma geyinib.
© Copyright 2025, All Rights Reserved