"Sabah" darmadağınla qələbə qazandı
Azərbaycan Premyer Liqasında 22 oyundur uduzmayan Masazır təmsilçisindən darmadağın gəldi.
90plus.az xəbər verir ki, Quba Olimpiya İdman Kompleksinin stadionunda baş tutan görüş Bakı təmsilçisinin böyükhesablı qələbəsi ilə başa çatıb:
İmişli 0 - 5 Sabah
S. Solvet 11’
C. L. Mikel 15’ (p) 35’
K. Parris 49'
A. İsayev 75’ (p)
Qollar: https://t.me/doxsanplus/115304
Azərbaycan Premyer Liqası, 24-cü tur
Bu qələbədən sonra turnir cədvəlinə başçılıq edən “Sabah” xallarının sayını 59-a çatdırıb. “İmişli” isə 22 xalla 9-cu pillədə qərarlaşıb.
Turun digər oyununda “Zirə” öz meydanında “Qarabağ”ı qəbul edəcək.
Qeyd: Ötən gün keçirilən matçlarda “Araz-Naxçıvan” “Karvan-Yevlax”ı 2:1, “Şamaxı” isə “Sumqayıt”ı 1:0 hesabı ilə məğlub edib. XXIV tura martın 15-də yekun vurulacaq.
© Copyright 2026, All Rights Reserved