"Sabah" səfərdə qalib gəldi
Azərbaycan Premyer Liqasında XXVI turun son oyununda "Sabah" səfərdə "Araz-Naxçıvan"ı məğlub edib.
90plus.az xəbər verir ki, "Liv Bona Dea Arena"da keçirilən qarşılaşma qonaq komandanın 4:2 hesablı qələbəsi ilə yekunlaşıb.
"Bayquşlar"ın qollarını Velko Simiç (13), Coy Lens Mikels (37, pen., 62, pen.) və Kahim Parris (81) vurublar. Meydan sahiblərinin heyətində isə Felipe Santos (7) və Hamidu Keyta (25) fərqləniblər.
Matçda vurulan qollara bu cümləyə klik edərək keçid edin
Bu nəticədən sonra lider "Sabah" xallarının sayını 65-ə çatdırıb. "Araz-Naxçıvan" isə 39 xalla 6-cı pillədə qərarlaşıb.
Qeyd: Turun əvvəlki oyunlarında "Qəbələ" "Kəpəz"i 2:0, "Neftçi" "Sumqayıt"ı 3:1, "Qarabağ" isə "Karvan-Yevlax"ı 7:0 hesabı ilə məğlub edib. "İmişli" - "Turan Tovuz" və "Zirə" - "Şamaxı" qarşılaşmaları isə 1:1 hesablı heç-heçə ilə başa çatıb.
© Copyright 2026, All Rights Reserved