"Sabah" Türkiyədə kubok qaldırdı
"Sabah U-14" komandası Türkiyənin Antalya şəhərində təşkil olunan “Antalya City Friendship Cup” beynəlxalq turnirində çıxış edib.
90plus.az xəbər verir ki, baş məşqçi Nasir Nəsirlinin rəhbərlik etdiyi kollektiv qrup mərhələsində "Manavqat"ı 4:0, "TSI Academy"ni 7:1 və "Göztepe"ni 6:1 hesabı ilə məğlub edib.
U-14 komandası yarımfinalda ev sahibi ölkənin "Kardelenspor" kollektivini 5:1 hesabı ilə üstələyərək finala yüksəlib. Həlledici oyunda isə Azərbaycanı təmsil edən "Young Pro" üzərində 3:0 hesablı qələbə qazanan “Sabah” turnirin qalibi olub.
© Copyright 2026, All Rights Reserved