"Sabah"ın baş məşqçisi Şahdağda futbol oynadı - FOTO
"Sabah" klubunun baş məşqçisi Valdas Dambrauskas istirahət zamanı Şahdağda futbol oynadı.
90plus.az xəbər verir ki, "Sabah" klubunun baş məşqçisi Valdas Dambrauskas milli fasilədən istifadə edərək ailəsi ilə birgə istirahət üçün Şahdağa gedib. Litvalı məşqçi orada olarkən yaşadığı hissləri bölüşüb:
"Bura dəniz səviyyəsindən 2000 metr yüksəklikdədir. Amma qapı dirəkləri var və burada da futbol oynanılır. Bu da futbolun dünyanı birləşdirən bir idman növü olduğunu göstərir. Bu oyuna xidmət etdiyim üçün xoşbəxtəm"
© Copyright 2025, All Rights Reserved