“Sabah”ın bayramıdır! “Qarabağ”ın çempionluğu möcüzəyə qaldı
Azərbaycan Premyer Liqası: “Sabah”ın bayramı, “Qarabağ” üçün çempionluq möcüzəyə qaldı.
90plus.az xəbər verir ki, mövsümün sonuna 8 tur qalmış “Sabah” Azərbaycan Premyer Liqasında liderliyini möhkəmləndirib. Ağdam təmsilçisi “Qarabağ”dan artıq 10 xal geri qalır:
25-ci turda böyük sensasiya baş verib. Mövsümdə ikinci dəfə “Köhlən Atlar”ı məğlub edən 10-cu yerin sahibi “Kəpəz” Ağdam təmsilçisinə ağır zərbə vurub:
Kəpəz 1 - 0 Qarabağ
Fərid Nəbiyev 45’
Qol: https://t.me/doxsanplus/115512
Bu nəticədən sonra “Qarabağ”ın çempionluq şansları minimal səviyyəyə düşüb və mövsümün sonuna qədər möcüzə gözlənilir. “Sabah” isə liderliyini qoruyaraq qızıl şansını artırıb.
© Copyright 2026, All Rights Reserved