Sabiq "Arsenal"lı klubu satın alır - 10 milyard sərvəti var
"Arsenal" klubunun sabiq futbolçusu Matiu Flamini klubu almağa maraq göstərir.
90plus.az xəbər verir ki, karyerasını başa vurduqdan sonra təxminən 10 milyard funt sterlinq sərvət qazanan fransalı keçmiş yarımmüdafiəçi hazırkı sahib Sten Kroenkenin paylarını almağı nəzərdən keçirir.
O, məsələ ilə bağlı açıqlamasında bildirib: “Aydındır ki, "Arsenal" və "Marsel" kimi klubların qəlbimdə xüsusi yeri var. Haradan gəldiyimi heç vaxt unutmuram.”
© Copyright 2026, All Rights Reserved