Sabiq "Beşiktaş"lı "Liverpul"a məşqçi təyin olundu

"Beşiktaş"ın keçmiş baş məşqçisi Ciovanni van Bronkxorstun yeni ünvanı məlum olub.
90plus.az xəbər verir ki, İngiltərənin Premyer Liqa təmsilçisi "Liverpul" klubunun təcrübəli mütəxəssisin məşqçi heyətinə qoşulduğunu rəsmi şəkildə açıqlayıb.
50 yaşlı Ciovanni van Bronkxorst son olaraq "Beşiktaş"da çalışıb. 2024-cü ilin iyulundan noyabrına qədər bu komandaya rəhbərlik edən hollandiyalı məşqçi "qartallar"la 20 matçda 10 qələbə, 4 heç-heçə və 6 məğlubiyyətə imza atıb.
© Copyright 2025, All Rights Reserved