Sabiq “Qalatasaray”lı alimentə görə həbs olundu
"Qalatasaray”ın sabiq futbolçusu Jo Alves həbs olunub.
90plus.az xəbər verir ki, “Qalatasaray”ın keçmiş hücumçusu Jo Alves Braziliyada polis tərəfindən saxlanılıb. Hadisə Rio de Janeyro şəhərində baş verib.
Məlumata görə, braziliyalı futbolçu ödənilməmiş uşaq alimenti borcuna görə gözaltına alınıb. Polis Jo Alvesi Barra da Tijuca bölgəsində təşkil olunan məclis zamanı tutub.
Məhkəmə sənədlərində futbolçunun 220 min riyaldan çox ( təxm. 41 270 dollar) aliment borcunun olduğu qeyd edilir. Bu, Jo Alvesin aliment borcları səbəbilə artıq dördüncü dəfə saxlanılmasıdır.
Karyerası ərzində “Qalatasaray”la yanaşı “Mançester Siti”də də forma geyinmiş Jo Alvesin hüquqi prosesinin davam etdiyi bildirilir.
© Copyright 2026, All Rights Reserved