Sabiq "Fənərbağça"lı 45 yaşında qollarına davam edir
90plus.az xəbər verir ki, vaxtilə “Fənərbağça”nın heyətində çıxış etmiş ispaniyalı hücumçu Daniel Qüiza 45 yaşında yeni komandasında ilk qol sevincini yaşayıb.
Qış transfer dövründə İspaniyanın Andalusiya Regional Liqası təmsilçisi “Xeres İndustrial” klubuna transfer olunan təcrübəli futbolçu yeni komandasında diqqət çəkən performans göstərib. Qüiza “Xeres”ə qarşı keçirilən və 3:1 hesabı ilə başa çatan oyunda komandasının qollarından birinə imza ataraq yeni klubunda ilk qolunu vurub.
Daniel Qüiza 2008–2011-ci illərdə “Fənərbağça”nın formasını geyinib. O, İstanbul təmsilçisinin heyətində ümumilikdə 98 oyuna çıxaraq 35 qol vurub və 19 məhsuldar ötürmə ilə yadda qalıb.
© Copyright 2026, All Rights Reserved