Sabiq "Fənərbağça"lı klubsuz qaldı
Türkiyənin "Sakaryaspor" klubu Caner Erkinlə yollarını ayırıb.
90plus.az xəbər verir ki, 37 yaşlı sol cinah müdafiəçisi ilə müqavilə qarşılıqlı razılıq əsasında ləğv edilib. Bu barədə klubun mətbuat xidməti açıqlama yayıb.
Caner Erkin 2025-ci ilin iyulundan "Sakaryaspor"da çıxış edirdi. Türkiyə millisinin sabiq üzvü I Liqa klubunda 12 rəsmi oyunda 4 məhsuldar ötürmə ilə yadda qalıb. Təcrübəli futbolçu həmçinin 4 oyunda qırmızı vərəqə alıb.
Qeyd: Caner Erkin bundan əvvəl "Eyüpspor", "Başakşəhər", "Fənərbağça", "Beşiktaş", "Qalatasaray" və Moskva ÇSKA-sında forma geyinib.
© Copyright 2026, All Rights Reserved