Sabiq "Man Yunayted"li Ferqyusonla görüşdü

"Fiorentina" klubunun üzvü, "Mançester Yunayted"in sabiq qapıçısı David de Xea keçmiş və hazırkı komandaları arasında keçiriləcək yoldaşlıq oyunu öncəsində "qırmızı şeytanlar"ın əfsanəvi baş məşqçisi Aleks Ferqyusonla görüşüb.
90plus.az xəbər verir ki, bu barədə İtaliya klubunun mətbuat xidməti "X" sosial platformasında paylaşım edib.
"Mançester Yunayted"lə "Fiorentina" arasında qarşılaşma bu gün "Old Trafford" stadionunda, Mançester şəhərində baş tutacaq.
Qeyd: David de Xea 2024-cü ilin avqust ayında "Fiorentina"ya transfer olunub. Bu ilin mayında 34 yaşlı ispaniyalı qolkiper müqaviləsini bir mövsüm uzatma imkanı ilə 2028-ci ilin yayına qədər yeniləyib. O, 2011-2023-cü illər ərzində "Mançester Yunayted"in formasını geyinmişdi.
© Copyright 2025, All Rights Reserved