Sabiq portuqaliyalı futbolçu: "Ronaldonun olması üstünlükdür"
Portuqaliya millisinin sabiq yarımmüdafiəçisi Manişe, Kriştiano Ronaldonun yığmadakı əhəmiyyətindən danışıb.
90plus.az xəbər verir ki, Manişe açıqlamasında bunları bildirib:
"Dünya çempionatlarında mərkəz müdafiəçilərinin səviyyəsi çox yüksəkdir və bu, Ronaldonun böyük turnirlərdə əvvəlki qədər təsirli olmamasını izah edə bilər. Lakin mən əminəm ki, Kriştiano oynamayanda Portuqaliya üçün çox çətindir. Ronaldonun komandada olması hər zaman bir üstünlükdür."
© Copyright 2026, All Rights Reserved