Sabiq Premyer Liqa futbolçusu zorlamadan həbsə atıldı
İngiltərə millisi və Premyer Liqasının sabiq futbolçusu zorlamaya cəhd şübhəsi ilə həbs edilib.
90plus.az xəbər verir ki, İngiltərə millisinin və Premyer Liqanın keçmiş oyunçusu hüquq-mühafizə orqanları tərəfindən zorlamaya cəhd ittihamı ilə həbs olunub.
Hüquqi səbəblərdən futbolçunun adı açıqlanmır.
Məlumata görə, şübhəli 2010-cu illərdə İngiltərə millisində çıxış etmiş oyunçudur və Stensted Hava Limanında tutulub. Polis onu uçuşa minmədən əvvəl pasport nəzarətində saxlayıb və ittihamla əlaqədar axtarıldığı məlum olub.
Futbolçunun adı açıqlanmasa da, onun 2010-larda Premyer Liqada top qovduğu bildirilir.
© Copyright 2025, All Rights Reserved