Sabiq "Qalatasaray"lıdan Mourinyoya dəstək! FOTO
Türkiyənin "Qalatasaray" klubunun keçmiş hücumçusu Nikolo Zanyolo sosial media hesabında Joze Mourinyo ilə bağlı paylaşım edib.
90plus.az xəbər verir ki, ulduz futbolçu "Fənərbağça"nın baş məşqçisi Joze Mourinyonun ad gününü şəxsi "Instagram" hesabında şəkil paylaşaraq təbrik edib.
Zanyolonun bu paylaşımı "Qalatasaray" azarkeşlərinin narazılığına səbəb olub.
Qeyd: Nikolo Zanyolo, Mourinyo "Roma"nın baş məşqçisi olduğu dövrdə bu klubun heyətində çıxış edib.
© Copyright 2026, All Rights Reserved